Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
25 dekabr 2023, 11:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 421, № 8, maddə 1702; 2020, № 4, maddə 397; 2022, № 11, maddə 1259) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.7.1-3-cü yarımbənd əlavə edilsin:
“4.7.1-3. bu Nizamnamənin 4.14-cü bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş qərarı qəbul edir;”.
2. 4.14-cü bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:
“İcraçı direktor olmadıqda Şuranın qərarı ilə, müvəqqəti olmadıqda isə İcraçı direktorun əmri ilə müavinlərindən biri onu əvəz edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2023-cü il