Rüfət Əlizadədən, İsmayıllı, Azərbaycan


25 dekabr 2023, 17:15
Hörmətli cənab Prezident,
Torpaqlarımızın azadlığı uğurunda apardığınız uğurlu hərbi və siyasi mübarizənin qalibiyyətlə nəticələnməsi Sizin güclü dünya Lideri olduğunuzun bariz nümunəsidir.
Kəndimizin sakinləri də hamımızın qürur mənbəyi olan böyük Zəfərin ərsəyə gəlməsində yüksək əməyinizi alqışlayır, Sizin uğurlu siyasətinizi dəstəkləyir. Növbəti seçkilərdə də hamımız birmənalı olaraq Sizə səs verəcəyik.
Siz xalqımızın qəhrəman rəhbərisiniz. Siz Ali Baş Komandan kimi ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə Vətən müharibəsini Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdırmısınız.
Xalqımıza bu böyük Qələbə hissini yaşatdığınıza görə Sizə təşəkkür edir və bundan sonra da möhtəşəm qələbələr arzulayıram.
Hörmətlə,
Əlizadə Rüfət.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Tircan kəndi.