Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən
24 dekabr 2023, 11:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa və həyat yoldaşı İmants Freyberqs:
- Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə bir daha təbrik edirik. Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.
* * *
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin:
- Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm. Xüsusilə bu tarixi dönəmdə - Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyiniz bir vaxtda qoy Sizin bu zəfər marşınız yeni-yeni uğurlar gətirsin, dostlarınız və Sizi sevənlər bu uğurlara baxıb sevinsinlər!
* * *
2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç:
- Əziz dostum, Prezident Əliyev.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, neçə-neçə belə gözəl illərə çıxmağınızı arzulayıram.
* * *
2009-2011-ci illərdə Belçikanın Baş naziri İv Löterm:
- Hörmətli Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
* * *
2006-2009-cu illərdə İsrailin Baş nazirinin müavini, xarici işlər naziri, 2006-2007-ci, 2013-2014-cü illərdə ədliyyə naziri Tzipi Livni:
- Hörmətli Prezident Əliyev.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Mərkəzimizə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
* * *
Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud:
- Zati-aliləri Prezident İlham Əliyev.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu əlamətdar gündə Sizə, ailənizə və Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm.
* * *
1997-2000-ci, 2001-2005-ci illərdə Norveçin Baş naziri Kyel Maqne Bondevik:
-Hörmətli Prezident, əziz dostum.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə həmkarlarım adımdan və şəxsən öz adımdan minnətdarlığımızı bildirirəm. Sizinlə əməkdaşlıq etmək çox xoşdur. Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.
* * *
2012-2022-ci illərdə Sloveniyanın Prezidenti Borut Pahor:
-Hörmətli Prezident və əziz dost.
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin möhtəşəm komandası ilə birgə Sizinlə şəxsən görüşümüzü səbirsizliklə gözləyirəm. Sizə uğurlar diləyirəm.
* * *
“Müasir Köləliyə Son Qoyaq” Qlobal Fondunun İdarə Heyətinin sədri, “Exxon Mobile” şirkətinin sabiq vitse-prezidenti Jan Baderşneyder:
- Hörmətli Prezident Əliyev.
Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Siz dünyanın çox dəyərli və mühüm əhəmiyyət kəsb edən bölgəsində möhtəşəm liderlik nümayiş etdirirsiniz. Bizim daha çox müdrik və cəsarətli liderlərə ehtiyacımız var. Mən Azərbaycanı dəstəkləməyə davam edəcəyəm. Sizinlə birgə işləməyə ümidvaram.
* * *
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rosen Plevneliyev və 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov:
-Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə bütün Bolqarıstan xalqı adından və şəxsən öz adımızdan ən xoş arzularımızı çatdırırıq. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə daha firavan həyat diləyirik. Bizim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizinlə fəxr edirlər.
* * *
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2012-2014-cü illərdə Ekvadorun müdafiə naziri, 2017-2018-ci illərdə xarici işlər naziri Mariya Fernanda Espinoza:
- Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, cansağlığı və firavan həyat diləyirəm. Azərbaycana əbədi sülh arzulayır, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin əsasını təşkil edən mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmaya göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.
* * *
TENEO şirkətinin Baş müşaviri, Fransanın sabiq Prezidenti Şarl de Qolun nəvəsi Natali Qule:
- Cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm və qarşıdan gələn ildə Sizə yeni-yeni uğurlar arzulayıram.
Yeni ildə Sizə sevinc dolu günlər və xoşbəxtlik diləyirəm.
* * *
2015-2018-ci illərdə Mavrikinin Prezidenti Amina Qurib-Fakim:
- Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və firavanlıq arzulayıram. Qoy Azərbaycan dövləti həmişə Sizin güclü liderliyinizdən bəhrələnsin!
* * *
2007-2011-ci illərdə Latviyanın Prezidenti Valdis Zatlers:
- Zati-aliləri, cənab Prezident.
Sizinlə tez-tez görüşməsək də, səmimi münasibətimiz həmişə davam edəcək. Mən həmişə Sizi etibarlı dostum hesab edəcəyəm. Doğum gününüz mübarək, hörmətli Prezident.
* * *
2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç:
- Əziz dostum, hörmətli Prezident Əliyev.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Dost Azərbaycan xalqının mənafeyi naminə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qarşıdan gələn Yeni il bayramı münasibətilə də ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
* * *
2022-2023-cü illərdə BMT-nin Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi:
- Hörmətli Prezident,
Birgə keçirdiyimiz universitet illərini xatırlayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ailəsinə göstərdiyiniz böyük dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Sizə və sevdiyim ölkənizə yeni-yeni uğurlar arzulayıram.
* * *
2012-2016-cı illərdə Monteneqronun müdafiə naziri Milisa Pjanoviç-Durisiç:
- Hörmətli cənab Prezident.
İcazə verin bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırım. Sizinlə görüşlərimizi daim xatırlayır, təşkilatımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə ən səmimi duyğularla minnətdarlığımı bildirirəm.
* * *
UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Ser:
- Cənab Prezident, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzu edərək ən yüksək ehtiramımı bildirirəm.
* * *
2010-2012-ci illərdə Monteneqronun Baş naziri İqor Luksiç:
- Hörmətli cənab Prezident Əliyev.
Doğum gününüzü səmimi–qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyir, bizim Beynəlxalq Mərkəzimizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildirirəm.
* * *
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti İvo Yosipoviç:
-Zati-aliləri Prezident İlham Əliyev.
Doğum gününüz mübarək olsun! Azərbaycanın Prezidenti vəzifəsində möhtəşəm nailiyyətləriniz münasibətilə Sizi təbrik edirəm. Sizin iqtisadiyyata, mədəniyyətə, xalqlar arasında sülhə və dostluğa verdiyiniz dəyər yalnız öz gözəl ölkənizə deyil, bütün dünyaya töhfədir. Bu xoş fürsətdən istifadə edərək, Sizə uzun ömür, xoşbəxtlik və möhtəşəm liderliyinizin davamlı olmasını arzu edirəm.
***
2010-2012-ci illərdə Gürcüstanın bas nazirinin müavini, 2008-ci ildə xarici işlər naziri Eka Tkeşelaşvili:
- Hörmətli Prezident.
Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizin xalqınız xoşbəxtdir ki, həyatını öz Vətəninin inkişafına həsr edən Lideri var. Azərbaycanın möhtəşəm nailiyyətlərini müşahidə etmək fürsətimiz oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə və bizi bu mühüm prosesin bir hissəsi olmağa imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı və qarşıdakı planlarınızın həyata keçməsini, Qarabağın tamamilə bərpa olunmasını, Azərbaycanın mühüm regional və qlobal oyunçu kimi rolunun daha da artmasını arzu edirəm. Sizə və ailənizə ən xoş arzularımı çatdırıram.
* * *
Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri, 1993-1996-cı, 2012-2015-ci illərdə Baş nazirin müavini Zlatko Laqumciya:
- Hörmətli Prezident və əziz dost.
Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə və ölkənizə ən xoş arzularımı çatdırıram. Rəhbərliyinizlə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə xüsusi minnətdarlığımı bildirirəm. Bizim hər zaman Azərbaycanın haqq işini dəstəkləyəcəyimizə əmin ola bilərsiniz.
* * *
2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu:
- Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Zati-alinizə, çox hörmətli xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və uzun ömür diləyirəm. Bu il bizi sevindirən çox böyük nailiyyətlərin şahidi olduq. Belə ki, Sizin Ali Baş Komandanlığınız, türk xalqının mənəvi dəstəyi ilə qəhrəman Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarını da azad etdi və hər kəsin iftixar hissinə çevrilən daha bir şanlı Zəfər qazandı. Qardaş Azərbaycan xalqına Sizin rəhbərliyinizlə daha firavan və xoşbəxt həyat şəraiti arzu edirəm. Sizin himayəniz altında fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni-yeni uğurlar əldə edəcəyinə inanıram. Ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.
* * *
ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri:
-Möhtərəm cənab Prezident İlham Əliyev.
Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən böyük şərəf duyuram. Siz dünyada sülhün, dialoqun və birgəyaşayışın təşviqinə göstərdiyiniz səmimi səylərə görə zəmanəmizin ən müdrik liderlərindən birisiniz. Sizə ölkənizin daha da inkişafı yolunda davamlı uğurlar arzu edirəm.
* * *
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, 2015-2016-cı illərdə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Volkan Bozkır:
-Cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnşallah bu günə qədər Azərbaycan üçün gördüyünüz möhtəşəm işlərinizin, bütün dünyanın qibtə ilə izlədiyi nailiyyətlərinizin davamlı olmasını diləyirəm.
Xanımım Nazlı ilə birlikdə Azərbaycanın birinci xanımına və Zati-alinizə ən dərin ehtiramımı bildirirəm.
* * *
2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, 2019-cu ildə ədliyyə naziri, 2012-2020-ci illərdə parlamentin üzvü Ana Birçal:
-Hörmətli cənab Prezident.
Sizə doğum gününüz münasibətilə ən səmimi arzularımı çatdırır və neçə belə gözəl illərə çıxmağınızı diləyirəm. Siz müdrikliyiniz və strateji liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünə nail olaraq ölkənizi beynəlxalq səviyyədə tanıtmısınız. Bizim ortaq məqsədlərimiz - Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirmək istiqamətində Sizinlə birgə çalışmaq böyük məmnunluq doğurur. Dahi Nizami Gəncəvinin dediyi kimi, bizim dostluğumuz səmimi və saf olmalıdır. Biz Sizin və Azərbaycanın əsl dostuyuq.
* * *
2004-2007-ci illərdə Pakistanın Baş naziri Şövkət Əziz:
-Zati-aliləri cənab Prezident Əliyev.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq böyük şərəfdir.
Mərkəz sülhü, inkişafı və firavanlığı təşviq etməkdə mühüm rola malikdir.
Dünyanın Sizin kimi liderlərə ehtiyacı var ki, onlar insanların həyat şəraitini, təhsilin səviyyəsinin yüksəltməyə kömək etsin. Zati-aliləri, Siz sülhün, tolerantlığın və dinc yaşayışın bərqərar olması üçün çox iş görmüsünüz və əminik ki, bundan sonra da çox iş görəcəksiniz. Sizin nəcib təşəbbüslərinizin bir hissəsi olmaqdan fəxr edir və Sizə davamlı uğurlar arzulayırıq.
* * *
2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç:
-Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Monteneqronun Prezidenti olduğum illərdə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi Sizinlə görüşlərimi, apardığımız danışıqları məmnunluqla xatırlayır, Sizə dərin ehtiramımı bildirirəm. Monteneqro ilə Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə Sizin bundan sonra da töhfələrinizi görməkdən məmnun olacağam.
* * *
2013-2020-ci illərdə Maltanın Baş naziri Cozef Muskat:
-Hörmətli Prezident, əziz dostum.
Doğum gününüz münasibətilə ailəm adımdan və şəxsən öz adımdan Sizə ən xoş arzularımı bildirirəm. Malta üçün etdiklərinizə görə Sizə minnətdaram. Mənim həmvətənlərim Sizə minnətdarlıqlarını bildirirlər. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində birgə fəaliyyət göstərməyə davam edəcəyik.
* * *
İtaliya Prezidentinin sabiq diplomatik müşaviri, Malta Hərbi Ordeninin Vatikandakı səfiri, "Pirelli" şirkətinin baş müşaviri Antonio Zanardi Landi:
- Hörmətli cənab Prezident Əliyev.
İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif ölkələr arasında dostluq və anlaşmanı gücləndirmək üçün göstərdiyi müstəsna fəaliyyətə verdiyiniz dəstəyə görə Sizə çox minnətdarıq. Zati-alinizə, ailənizə və ölkənizə ən xoş arzularımı çatdırıram.
* * *
2015-ci ildə Moldovanın Baş naziri Kirill Qaburiçi:
-Zati-aliləri cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Belə xoş günləri bundan sonra da doğmalarınızın və yaxınlarınızın əhatəsində qeyd etməyinizi arzulayıram. Qarşıdan gələn ildə Azərbaycana yeni-yeni uğurlar, firavanlıq və davamlı inkişaf diləyirəm.