logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al SəudaI

Text size icon-size icon-size

22 sentyabr 2012, 17:00

Əlahəzrət,

Əziz qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 sentyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi