logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

Text size icon-size icon-size

22 dekabr 2023, 19:21

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar diləyir, xalqınızın isə Sizin rəhbərliyinizlə gələcəkdə də xoşməramlı məqsədlərə nail olmasını arzu edirəm.

Əminəm ki, aramızdakı qarşılıqlı hörmət bundan sonra da davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə ailə səadəti, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə firavanlıq və rifah arzulayıram.

Səmimiyyətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi