logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Samurat İbrahimovdan, Laçın, Azərbaycan

Text size icon-size icon-size

22 dekabr 2023, 17:27

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi qazandığınız zəfərlərə görə səmimi qəlbdən təbrik edir və yürütdüyünüz uğurlu siyasətin nəticələri ilə bağlı minnətdarlığımı bildirirəm. Məhz bu uğurlu siyasət bu gün xalqa xoşbəxtlik, əmin-amanlıq, firavanlıq, səadət gətirdi.

Siz adınızı Azərbaycan tarixinə yenilməz Sərkərdə kimi salmısınız və tarixin bu səhifələri gələcək nəsil üçün bir örnək olacaq.

Qarabağın azadlığı uğrunda vuruşmuş hər bir şəhidin və qazinin təltiflərində Sizin adınız və imzanız əbədi olaraq qalacaq. Mən də Sizin həmişəlik müsəlləh əsgərinizəm.

Hörmətlə,

İbrahimov Samurat Nuru oğlu

Azərbaycan Respublikası, Laçın rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi