Mehman Ağayevdən, Astara, Azərbaycan


22 dekabr 2023, 15:33
Hörmətli cənab Prezident.
Son illər ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunan ərazilərimizdə dünya standartlarına uyğun yeni yollar, ötürücülər, körpülər, keçidlər tikilir. Sizin sayənizdə Azərbaycanda müasir tələblərə cavab verən yeni yol infrastrukturu yaradılır.
Bütün bölgələrdə olduğu kimi, Astara rayonunda da yol infrastrukturunun yenilənməsi, cari və əsaslı təmiri istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu işlərin davamı kimi 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sərəncamınız həmin kəndlərin sakinlərini çox sevindirdi.
Bütün sakinlər adından Sizə dərin təşəkkürümü bildirir, ölkəmizin inkişafı yolunda apardığınız işlərdə Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Ağayev Mehman
Azərbaycan Respublikası, Astara rayonu, Şümrüd kəndi.