Tofiq Hüseynovdan, Tərtər, Azərbaycan
Text size


22 dekabr 2023, 13:25
Hörmətli cənab Prezident,
Mən qalib xalqın nümayəndəsi kimi çox qürurluyam. Bu qüruru bizə Siz yaşatdınız. Siz Azərbaycanın alternativsiz Lideri, hamının əziz Prezidentisiniz.
Biz qətiyyətlə bildiririk ki, hər zaman Sizin yanınızdayıq. Siz daim xalqın etimadını doğrultmusunuz. Əminik ki, bundan sonrakı fəaliyyətiniz xalqın etimadının və inamının növbəti ifadəsi kimi tarixə düşəcək.
Uca Rəbbimiz dövlətimizi, millətimizi, Vətənimizi və Sizi qorusun!
Hörmətlə,
Hüseynov Tofiq.
Azərbaycan Respublikası, Tərtər rayonu.