logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlkin Cabbarovdan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

21 dekabr 2023, 13:10

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Fəxr edirik ki, Azərbaycanın Sizin kimi layiqli Prezidenti var. Dünyada xüsusi nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında Sizin misilsiz xidmətləriniz var.

Qarabağımızı işğaldan azad etmək uğrunda mübarizəniz isə Sizi xalqımızın əbədi Liderinə çevirdi. Xalqımıza bəxş etdiyiniz Qələbəyə, uğurlu siyasətinizə, qətiyyətinizə görə Sizə minnətdaram.

Bizi yaradan Allah Sizinlədir və inanıram ki, inşallah həmişə Sizinlə olacaq, çünki Siz haqq yolundasınız.

Allah Sizi qorusun!

Hörmətlə,

Cabbarov İlkin.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi