Cəmil Quliyevdən, Lənkəran, Azərbaycan
Text size


20 dekabr 2023, 17:15
Hörmətli cənab Prezident, Müzəffər Alı Baş Komandan.
Sizin ölkəmiz üçün gördüyünüz işlər ölçüyə gəlməz. Bu işlər haqqında əsrlər boyu danışılacaq, qəhrəmanlıqlarınız dillər əzbəri olacaqdır.
Siz Tanrı verən ömrü millətinə, xalqına, vətəninə və dövlətinə həsr edən Lidersiniz. Nə qədər ki, Azərbaycan dövləti var Siz xalqın ürəyindəsiniz, Sizə olan xalq məhəbbəti heç vaxt azalmayacaq. Bütün işlərinizdə Sizə uğurlar, qələbə arzulayıram.
Sizinlə fəxr edirik, cənab Prezident!
Hörmətlə,
Quliyev Cəmil Şamil oğlu,
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.