logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məzahir Əhmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

20 dekabr 2023, 16:55

Hörmətli cənab Prezident.

Ölkəmizə və xalqımıza göstərdiyiniz xidmətlər bizim üçün qürur mənbəyidir, örnəkdir.

Biz Sizin inkişaf etmiş Azərbaycan yaratmaq istiqamətindəki fəaliyyətinizi bəyənir və dəstəkləyirik.

Cənab Prezident!

Sizin söylədiyiniz “Xalqın bir nömrəli xidmətçisi mən özüməm” fikri bizim də üzərimizə şərəfli bir vəzifəni – güclü Azərbaycan naminə var qüvvə ilə çalışmaq vəzifəsini qoymuşdur.

Təbii ki, biz Vətən üçün nə etsək, hətta son damla qanımızı versək belə, yenə də azdır.

Var olun, cənab Prezident!

Hörmətlə,

Əhmədov Məzahir Rafael oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi