logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərid İsrafilovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

20 dekabr 2023, 13:27

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Azərbaycanın tarixi, əzəli yurdu, qədim Zəngəzurun bir parçası olan Laçın ən gözəl günlərini yaşayır.

Sizin tapşırıqlarınıza uyğun olaraq yenidən qurulan Laçın şəhəri sakinlərini qarşılayır. Bura gələnlər təəccüblərini gizlədə bilmirlər. Qısa müddətdə görülən işlərin miqyası adamı heyrətə salır.

Laçın şəhəri günü elan edilməsinə, Xosrov bəy Sultanovun adının əbədiləşdirilməsinə görə mənsub olduğum Paşa bəy və Xosrov bəy Sultanovlar nəslinin nümayəndəsi kimi Sizə ailəmiz adından təşəkkür edirəm.

Əfsanəvi xalq qəhrəmanı Soltanovlar nəslinin nümayəndəsi kimi Sizin doğum gününüzü təbrik edir, cansağlığı, uzun ömür, dövlətimizin və xalqımızın xoş gələcəyi naminə yorulmaz fəaliyyət arzulayırıq.

Hörmətlə,

İsrafilov Fərid Davud oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi