logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zahir Qarayev və başqalarından, Gədəbəy, Azərbaycan

Text size icon-size icon-size

18 dekabr 2023, 15:28

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin bizə bəxş etdiyiniz sevinc və fərəh hissləri tükənmir. 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı Azərbaycanı əbədi torpaqlarına qovuşdurdu. Xəyallarımızı gerçəkləşdirdiyiniz üçün Sizə çox minnətdarıq.

Əhalinin sosial rifah halı da günü-gündən yaxşılaşır. Kəndlərimiz qazlaşdırılıb, fasiləsiz internet xətti ilə təmin olunmuşuq. Yeni işıq xətləri çəkilib.

On yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı imzaladığınız Sərəncam bizi çox sevindirdi.

Yürütdüyünüz uzaqgörən siyasətinizə, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Allah Sizi və ailə üzvlərinizi qorusun!

Hörmətlə,

Qarayev Zahir,

Hüseynov İlqar,

Süleymanov Şahmalı,

Musayev Ədalət və başqaları (12 nəfər)

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Arıqıran və Əyrivəng kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi