Mirnazim Əsədullayevdən, Bakı, Azərbaycan
Text size


16 dekabr 2023, 16:00
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzaladığınız Sərəncamda məni 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etdiyinizə görə Sizə özüm və ailəm adından dərin minnətdarlığımı bildirirəm.
Sizin diqqətiniz bizə hər zaman ruh yüksəkliyi bəxş edib, işimizə və yaradıcılığımıza müsbət təsir göstərib. Sizin xalqa xidmətiniz hər kəs üçün nümunədir.
Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Əsədullayev Mirnazim Müştəba oğlu,
Əməkdar artist, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.