logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mahirə Yaqubovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 dekabr 2023, 10:30

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyinizlə düşməndən azad olunmuş torpaqlarımızda, həmçinin respublikamızın bütün bölgələrində həyata keçirilən quruculuq, abadlıq işlərində, Azərbaycan iqtisadiyyatının sürətli inkişafında, insanların rifahının yüksəlməsində və yaşayışının yaxşılaşmasında olan böyük zəhmətinizə görə Sizə təşəkkürümü bildirirəm.

Bir vətəndaş olaraq, Sizinlə fəxr edirəm.

44 illik müəllimlik fəaliyyətimi nəzərə alaraq, 2023-cü il 13 dekabr tarixli Sərəncamınızla məni “Əməkdar müəllim” fəxri adı ilə təltif etməyiniz mənim və ailə üzvlərim üçün çox böyük şərəfdir. Göstərdiyiniz qayğıya və yüksək etimada görə Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Yaqubova Mahirə Mehdi qızı,

Əməkdar müəllim.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi