logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Maya Yunusovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

15 dekabr 2023, 15:13

Hörmətli cənab Prezident.

Sizin sayənizdə daha bir qürurlu gün yaşadıq. İki ananın sevincinin xalq sevincinə çevrildiyini gördük. Aprel ayından düşmən əsirliyində olan Hüseyn Abdullayev və Aqşin Bəbirovun Vətənə geri dönməsi ürəyimizi dağa döndərdi.

Bir daha dövlətimizin gücünü, qüdrətini gördük. Hər zaman Azərbaycan xalqının ümidlərini doğrultduğunuza, hər bir vətəndaşın arxasında olduğunuz üçün Sizə təşəkkür edirik.

Azərbaycanın davamlı inkişafı yolunda Sizə uğurlar, ən əsası möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Yunusova Maya

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi