logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cavid Hüseynovdan, Lənkəran, Azərbaycan

Text size icon-size icon-size

14 dekabr 2023, 13:33

Möhtərəm cənab Prezident,

İlk növbədə, ölkəmiz üçün gördüyünüz möhtəşəm işlərə görə özümün və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Ulu Öndərimiz Heydər Əliyevə, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn oğullarımıza rəhmət eləsin.

Çox xoşbəxtik ki, bu gün doğma Azərbaycanımız öz ərazi bütövlüyünü bərpa edib və tam suveren ölkədir. Bizi Zəfərə aparan yol çox keşməkeşli və çətin olsa da, Siz bu yola işıq saldınız, haradan və necə keçmək lazım olduğunu göstərdiniz.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı arzu edirəm. Hər zaman olduğu kimi, Allahın izniylə gələcəkdə də Azərbaycan Sizin sayənizdə inkişaf edəcək, daha da gözəlləşəcək.

Hörmətlə,

Hüseynov Cavid.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Vilvan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi