logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əlmaniz Ələkbərlidən, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

14 dekabr 2023, 16:05

Hörmətli cənab Prezident,

Sizin Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verdiyiniz Sərəncam Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb regional bölməsi üzvləri tərəfindən müsbət qarşılanıb. Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən bölməmizin bütün yazıçıları müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, bütöv Azərbaycanda keçiriləcək prezident seçkilərində Sizin iştirak etməyinizi yekdilliklə istəyirlər. Eyni zamanda, bölgənin bütün ziyalılarının bu seçkidə Sizin ətrafınızda sıx birləşəcəyini bildirirlər.

Ümid edirik ki, Vətən müharibəsində bizə yaşatdığınız sevinci prezident seçkilərində bir daha yaşadacaqsınız.

Hörmətlə,

Ələkbərli Əlmaniz,

Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb regional bölməsinin sədri.

Azərbaycan Respublikası, Zaqatala şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi