logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aybəniz Soltanovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 dekabr 2023, 13:13

Hörmətli cənab Prezident.

İki hərbçimizin əsirlikdən azad olunması ilə bağlı razılaşma xəbəri bizi çox sevindirdi. Xalqımıza, xüsusilə də gənclərə göstərdiyiniz dəstəyə görə 112 saylı uşaq bağçasının kollektivi adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Hər zaman yanınızdayıq.

Sizin sayənizdə xalqımız “dəmir yumruq” kimi sıx birləşərək dünyaya, o cümlədən düşmənə qarşı mübarizədə həmrəylik nümayiş etdirdi. Bu tarixi anları bizə yaşatdığınıza görə təşəkkürümüzü çatdırırıq.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Yasamal rayonu 112 saylı uşaq bağçasının kollektivi adından dərin hörmətlə,

Soltanova Aybəniz.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi