Eyvaz Mirzəliyevdən, İsmayıllı, Azərbaycan


07 dekabr 2023, 15:05
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Əvvəlcə İsmayıllı rayonunun Babək küçəsinin sakinləri adından Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, həm də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə söz sahibi etmişdir. Şadıq ki, ölkənin uğurlu inkişafından bizim rayonumuza da pay düşmüşdür. Sizin sərəncam və göstərişlərinizin nəticəsidir ki, İsmayıllı rayonu uğurlu inkişaf yolu keçmişdir.
Sakini olduğumuz Babək küçəsi bu günlərdə tam olaraq asfaltlaşdırılmışdır. Bizim üçün bu hal olduqca təqdirəlayiqdir. Əminik ki, Sizin rəhbərliyinizlə rayonumuz ən yüksək inkişafa çatacaq, sakinlərimiz daha firavan yaşayacaqdır.
Küçəmizin sakinləri adından bir daha Sizə minnətdarlığımızı bildirir, cansağlığı və uzun ömür arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Mirzəliyev Eyvaz Şahnaz oğlu
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.