Mübariz Allahverdiyevdən, Bakı, Azərbaycan
29 noyabr 2023, 17:30
Çox hörmətli Mehriban xanım.
Xankəndi və Xocalı da daxil olmaqla, 30 il ermənilərin işğalı altında inləyən doğma Qarabağ torpaqlarının azad edilməsində misilsiz xidmətlər göstərdiyinizə, qəlbi yanan ana-bacılarımızın yaralarına məlhəm olub onların ürəklərinə sərin su səpdiyinizə, illərlə qurumayan kədər göz yaşlarını sevinc göz yaşları ilə əvəzlədiyinizə görə Xocalının bir qrup şəhid ailəsi adından və öz ailəmizin adından Sizə dərin minnətdarlığımızı, sonsuz təşəkkürümüzü bildiririk.
Dərin hörmət və ehtiramla,
Allahverdiyev Mübariz Qasım oğlu, Xocalı sakini, Birinci Qarabağ müharibəsi veteranı, ATU-nun professoru, Əməkdar müəllim.
Azərbaycan Respublikası, Bakı şəhəri.