“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
27 noyabr 2023, 14:53
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701, № 12, maddələr 1315, 1329, 1339; 2022, № 5, maddə 426; 2023, № 2, maddələr 169, 205, 210, № 4, maddə 449; Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 977-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0.6-cı maddədə “yetirilməli olan” sözləri “yetirməli olduğu” sözləri ilə əvəz edilsin;
1.2 1.0.7-ci maddədə “yetirilməli olan, Azərbaycan Respublikasının qanunları” sözləri “yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü maddədə “Azərbaycan Respublikasının xüsusi qanunları ilə” sözləri “bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin.
3. 6.4-cü maddədə “qanunla” sözü “bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin.
4. 18.2.5-ci maddədən “(qanunla nəzərdə tutulduqda)” sözləri çıxarılsın.
5. 19-cu maddə üzrə:
5.1. 19.1-ci maddənin üçüncü cümləsində “eyni zamanda ərizəçiyə” sözləri “ərizəçiyə eyni zamanda” sözləri ilə əvəz edilsin;
5.2. 19.7-ci maddənin dördüncü cümləsində “müvafiq qanuna” sözləri “bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;
5.3. 19.9-cu maddədə “Azərbaycan Respublikasının qanunlarında” sözləri “Bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda” sözləri ilə əvəz edilsin;
5.4. 19.11-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə, lisenziya və icazə verən orqan tərəfindən bu Qanunun 26.2-ci maddəsində göstərilən tədbirlər görülür.”;
5.5. 19.19-cu, 25.1.3-cü və 26.1.9-cu maddələrdə “Azərbaycan Respublikasının qanunları ilə” sözləri “bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin.
6. 20.1.1-ci maddədə “qanuna” sözü “bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.
7. 22.1-ci maddənin ikinci cümləsində “Azərbaycan Respublikasının qanunlarında” sözləri “Bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda” sözləri ilə əvəz edilsin.
8. 23.6-cı maddədən və 23.7-ci maddənin ikinci cümləsindən “icazəni müddətsiz edərək” sözləri çıxarılsın.
9. Aşağıdakı məzmunda 26.1.8-1-ci maddə əlavə edilsin:
“26.1.8-1. lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə;”.
10. 27.1-ci maddədə “müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə” sözləri “bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla” sözləri ilə əvəz edilsin.
11. 31.2-ci maddədən “və icazələri” və hər iki halda “və icazə” sözləri çıxarılsın.
12. Həmin Qanuna 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı” üzrə:
12.1. 1-ci maddədə “reyestrindən” sözü “reyestrində qeydiyyatdan” sözləri ilə əvəz edilsin;
12.2. 14-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14. dövlət ekoloji ekspertizasının rəyi;”;
12.3. 48-ci maddədə “qeydiyyat vəsiqəsi” sözləri “vəsiqə” sözü ilə əvəz edilsin;
12.4. 54-cü maddədə “nəqlinə” sözü “ötürülməsinə” sözü ilə əvəz edilsin;
12.5. 70-ci maddədən “məhsulların, o cümlədən” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2023-cü il