Cümşüd Kəsəmənlidən, Gəncə, Azərbaycan
Text size


25 noyabr 2023, 14:59
Hörmətli cənab Prezident.
Siz həyata keçirdiyiniz böyük layihələrlə şəhər və kəndlərimizi gülüstana çevirirsiniz. Bu işlər və vətəndaşlara qayğınız xalq arasında Sizə ölçüyəgəlməz məhəbbət və etibar qazandırır.
Gəncədə son vaxtlar görülən işlər yaxşı mənada təəccüb yaradır, şəhərimiz quruculuq meydanını xatırladır. Yol infrastrukturu yenidən qurulur, iş yerləri açılır, parklar, xiyabanlar göz oxşayır.
Gəncənin inkişafı və gözəlləşməsi üçün gördüyünüz işlərə görə Sizə bütün sakinlər adından təşəkkür edir, yürütdüyünüz uğurlu siyasəti dəstəklədiyimizi bildiririk.
Hörmətlə,
Kəsəmənli Cümşüd Hamlet oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.