“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
22 noyabr 2023, 16:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493; 2019, № 1, maddə 96, № 3, maddə 420, № 7, maddə 1228, № 8, maddələr 1402, 1406; 2020, № 5, maddə 561, № 7, maddə 885; 2021, № 4, maddə 316; 2022, № 8, maddə 860; 2023, № 2, maddə 226, № 3, maddələr 352, 372) 2.12-1-ci bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda ─ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda ─ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərinin və layihələrinin hazırlanması, habelə həyata keçirilməsi ilə bağlı tələblərin məqsədəmüvafiqliyini üç ay müddətində araşdırsın və bu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2023-cü il