20 noyabr 2023, 14:21

Bizlan kənd ziyalıları adından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Hazırda doğma Qarabağımızda və ümumiyyətlə cənnət Vətənimizin bütün bölgələrində aparılan quruculuq işləri, şəhid ailələrinə, əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə göstərdiyiniz qayğı vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Sizin və birinci xanım Mehriban Əliyevanın noyabrın 15-də İsmayıllı rayonunun Bizlan kəndi ərazisində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak etdiyinizə, rayonumuza olan xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Biz Sizinlə fəxr edirik, daim Sizinləyik.

Bizlan kənd ziyalıları adından hörmətlə,

Məmmədov Tofiq Tacı oğlu,

Hümbətov Nazim Nazir oğlu,

Fərzalıyev Azad Şahnəzər oğlu,

Məlikov Sehrab Qarakişi oğlu,

Əmrahıyev Şahfəndər Süleyman oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Bizlan kəndi.