“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
18 noyabr 2023, 15:13
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895; 2023, № 2, maddələr 197, 207, № 4, maddə 450, № 7, maddə 885) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.1.9-cu maddəyə “müəssisələrində” sözündən sonra “, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri əlavə edilsin.
2. 13-cü maddə üzrə:
2.1. adına “sosial” sözündən əvvəl “dövlət” sözü, “yerləşdirilməsi” sözündən sonra “və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri əlavə edilsin;
2.2. 13.2-ci maddədə “şəxslərin (ailələrin)” sözləri “şəxsin (ailənin)” sözləri ilə, “müəssisələrinə yerləşdirilməsi” sözləri “müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2023-cü il