Siyasi analitik, tarix elmləri doktoru Ruslan Şevçenkodan, Kişineu, Moldova
18 noyabr 2023, 12:37
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Moldova xalqı adından və şəxsən öz adımdan Sizi 44 günlük müharibədə Azərbaycanın hər şeydən əvvəl Sizin səyləriniz və müdrik rəhbərliyinizlə əldə olunan böyük Qələbəsinin növbəti ildönümü münasibətilə təbrik edirəm.
Bu Qələbə, Xankəndinin mərkəzində Sizin tərəfinizdən Azərbaycan Bayrağının ucaldılması, Azərbaycanda on illər boyu separatizmin mərkəzi olmuş bu şəhərdə hərbi paradın keçirilməsi Sizin 20 illik titanik fəaliyyətinizin nəticəsidir.
Siz atanız, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, Qarabağı Azərbaycana qaytardınız, Ermənistan ilə bu çətin və qanlı münaqişəyə birdəfəlik son qoydunuz. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz sayəsində Azərbaycan Cənubi Qafqazda müasir, sürətlə inkişaf edən, əhəmiyyəti və nüfuzu yerləşdiyi regionun hüdudlarından kənara çıxan dövlətə çevrilib. Həyata keçirdiyiniz siyasi kurs sayəsində Azərbaycanın perspektivləri daha güclü təsir bağışlayır.
Əminəm ki, Azərbaycan Sizin kimi görkəmli dövlət xadimi və liderin rəhbərliyi ilə sosial-iqtisadi və mədəni inkişafda yeni nailiyyətlər əldə edəcək və dünyanın bir çox dövlətləri üçün örnək olacaq.
Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq diləyir, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Ruslan Şevçenko
Siyasi analitik, tarix elmləri doktoru
Moldova Respublikası, Kişineu şəhəri