logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şmuel Simantovdan, Təl-Əviv, İsrail

Text size icon-size icon-size

13 noyabr 2023, 15:20

Hörmətli cənab Prezident!

Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik. Şəxsən öz adımdan və rəhbərlik etdiyim Təl-Əviv Dağ Yəhudiləri Cəmiyyəti adından Sizə minnətdarlığımı bildirirəm. Şükürlər olsun ki, Siz bizə qələbə sevinci yaşatdınız. Torpaqlar azad edilənə qədər 30 il ərzində harada yaşasaq da həmişə Sizinlə bir olmuşuq. Bu gün də sevincimizi Sizinlə bölüşürük. Qırx dörd günlük müharibədə qazanılan Zəfərlə Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz və xalqın ürəyində olan qara ləkəni sildiniz.

Yaşasın Azərbaycan!

Hörmətlə,

Şmuel Simantov,

Təl-Əviv Dağ Yəhudiləri Cəmiyyətinin rəhbəri.

İsrail Dövləti, Təl-Əviv şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi