“Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11 noyabr 2023, 14:37
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı və Sumqayıt şəhərlərinin, Bakı şəhəri Binəqədi, Abşeron və Xızı rayonlarının icra hakimiyyətləri ilə birlikdə “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə üç ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2023-cü il