“Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokola qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
Text size


11 noyabr 2023, 14:27
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2023-cü il