Simuzər Bağıyevadan, Kürdəmir, Azərbaycan
11 noyabr 2023, 12:30
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Mən şəhid gizir Cəmil Həşimlinin anasıyam. Sizi, ailənizi, bütün Azərbaycan xalqını 8 noyabr Zəfər Günü münasibətilə ailəm adından səmimi qəlbdən təbrik edir, bütün işlərinizdə böyük uğurlar arzulayıram.
Sizin və şəhidlərimizin sayəsində qazanılan Zəfər Günü Azərbaycanın gücünün və qüdrətinin rəmzi kimi tarixə düşdü və ölkəmizi bütün dünyada qalib ölkə kimi tanıtdı.
Bu parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı.
Ailə üzvlərimizin adından Sizə bu şərəfli günlərə görə təşəkkür edir, oğlanlarımla birlikdə daim əmrinizə hazır olduğumuzu bildirirəm.
Allaha əmanət olun!
Hörmətlə,
Bağıyeva Simuzər Əli qızı
Azərbaycan Respublikası, Kürdəmir rayonu.