Anar Adıgözəlovdan, Bakı, Azərbaycan
15 sentyabr 2012, 09:30
Əzizimiz və Ali Baş Komandanımız cənab Prezident!
Mən Mingəçevir şəhərində doğulub boya-başa çatmışam. Ali təhsilli mütəxəssisəm . Sizin əməyiniz sayəsində Azərbaycanımızı daha da nüfuzlu görürük. Mən daim xalqın içindəyəm, sadə adamlarla sıx ünsiyyətdə oluram. İnanın ki, cənab Prezident bütün xalqımız Sizi çox sevir və Sizin xalq üçün, Vətənimiz Azərbaycan üçün etdiklərinizi çox bəyənir, Sizinlə fəxr edir. Nəinki siyasətçilərimiz, ziyalılarımız, müəllim və tələbələrimiz, hətta ən ucqar kənddə yaşayan insanlar da öz gələcəklərini yalnız Sizə etibar edirlər. Azərbaycanda Sizin yerinizdə duracaq ikinci şəxs yoxdur. Mən bu məktubu bütün məhəllə camaatı, məni tanıyan minlərlə insan adından yazıram. Ramil Səfərovun Azərbaycana gətirilməsi və onun azadlığa buraxılması Sizin yüksək hörmətinizi daha da artırdı və Sizin həqiqətən humanist və qətiyyətli dövlət başçısı olduğunuzu bir daha sübut etdi. Allah Sizi qorusun. Hər zaman Allah Sizinlə olsun, Siz də bizimlə olasınız!
Dərin hörmətlə,
Adıgözəlov Anar Firayil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi ev 4, mənzil 34.