Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Felipe Kalderon İnoxosaya


15 sentyabr 2012, 18:45
Hörmətli cənab Prezident,
Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Meksika münasibətləri son illərdə dinamik şəkildə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi üçün əlverişli zəmin yaradır.
Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 sentyabr 2012-ci il.