logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səfər Qaflanov və Vidadi Xəlilovdan, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

07 noyabr 2023, 12:15

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Azərbaycanın ən yeni tarixinin belə möhtəşəm alınması Sizin adınızla bağlıdır. Siz 20 illik prezidentlik fəaliyyətiniz dövründə bəlkə də tarix boyu təkrarlanmayacaq, misilsiz işlərə imza atdınız. Sosial-iqtisadi sahədə qeydə alınan yüksəliş, regional və beynəlxalq layihələrin uğurla icra olunması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması və digər faktlar dərin zəkanın, müdrik siyasətin və vaxtında verilən doğru qərarların çox sanballı bəhrələridir.

Əziz Prezidentimiz, Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, həm də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan xalqı hər zaman Sizinlədir!

Hörmətlə,

Qaflanov Səfər

Xəlilov Vidadi

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Sumağallı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi