logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hamlet Tağıyev, Faiq Tapdıqov və Rəşad Baxışovdan, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

06 noyabr 2023, 14:37

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

İsmayıllı rayonunun Xankəndi, Kürdüvan, Zeyvə kəndlərinin sakinləri adından Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü, həm də ölkəmizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun bərpa olunması münasibətilə təbrik edirik.

2003-2023-cü illər Azərbaycan tarixinin qızıl dövrüdür. Bu dövrdə həyata keçirilən praqmatik və müdrik siyasət bir sıra problemləri həll etdi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı üçün əsas oldu və nəhayət bizi ən böyük arzumuza – Qarabağın azadlığına qovuşdurdu.

Əziz Prezidentimiz, yürütdüyünüz daxili və xarici siyasətinizdə Sizə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Tağıyev Hamlet,

Tapdıqov Faiq,

Baxışov Rəşad.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Xankəndi kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi