Sona Qazıyevadan, Zaqatala, Azərbaycan


31 oktyabr 2023, 14:36
Hörmətli cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Xalqımızın bəxti onda gətirib ki, ölkəmizə Ulu Öndər Heydər Əliyevin layiqli varisi, dünya şöhrətli siyasi xadim İlham Əliyev rəhbərlik edir. Bu rəhbərlik xalqımıza Vətənimizin bütövlüyünü bəxş etdi. Sizin böyük fəaliyyətiniz sayəsində bütün dünya Azərbaycan xalqını qalib xalq kimi tanıdı.
Əziz rəhbər, Sizə, ailənizə, hər zaman uzun ömür, cansağlığı arzu edirik. Uca Rəbbimiz xalqımızı şər qüvvələrdən qorusun!
Siz həmişə qalib xalqın qalib komandanı kimi yaşayacaqsınız. Uşaqdan böyüyə hər birimiz Sizinlə fəxr edirik.
Hörmətlə,
Qazıyeva Sona Həmzət qızı,
Zaqatala rayon Ağbirçəklər Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın bacısı.
Azərbaycan Respublikası, Zaqatala rayonu.