Şəhid atasından, Abşeron, Azərbaycan


30 oktyabr 2023, 16:16
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Dövlətin suverenliyinin, ərazi bütövlüyünün təmin olunması hər şeydən üstündür. Bu üstünlüyün həzzini bizə yaşatdığınıza, Azərbaycanın adını bütün dünyada tanıtdırdığınıza, Qarabağı azadlığına qvuşdurduğunuza, şəhidlərin ruhunu şad etdiyinizə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
44 günlük Vətən müharibəsində olduğu kimi, rəşadətli Ordumuz sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə də təxribatçı silahlı qüvvələrə sarsıdıcı zərbə vuraraq onları təslim olmağa məcbur etdi. Şəhidlərimizin qanı yerdə qalmadı və düşməndən intiqam alındı.
Cənab Prezident, Qarabağ Zəfəri və Prezident seçilməyinizin 20 illiyi münasibətilə Sizi təbrik edir, bu şərəfli missiyanızda uğurlar arzulayıram.
Hörmətlə,
Dövlətov Zahir Əli oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.