Oksana Həsənovadan, Abşeron, Azərbaycan


28 oktyabr 2023, 11:07
Müzəffər Ali Baş Komandan.
Sizin “dəmir yumruğ”unuzla Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra erməni terrorçuları ərazilərimizdən tamamilə uzaqlaşdırıldı. Sizin sayənizdə torpaqları işğaldan azad olunmuş, müstəqil və güclü Azərbaycanda tam rahat və təhlükəsizlik şəkildə yaşayırıq.
Ölkəmizdə şəhidlərin əziz xatirəsi hər zaman uca tutulur, şəhid ailələrinə və onların övladlarına çox böyük diqqət göstərilir. Həyatımızın hər bir anında dövlətimizin qayğısını hiss edirik.
Bütün bunlara görə Sizə təşəkkürümü bildirir və Prezident seçilməyinizin 20 illiyi münasibəti ilə Sizi təbrik edirəm.
Hörmətlə,
Həsənova Oksana Məhərrəm qızı,
şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.