Elxan Babayevdən, Bakı, Azərbaycan
26 oktyabr 2023, 17:45
Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm Prezident.
Sizin rəhbərliyinizlə 44 gün ərzində faşist əqidəli düşmən üzərində Qələbəmiz, özü də 28 ildən çox düşmən tapdağında olan torpağımızın azad edilməsi xalqımızın böyük sevincinə səbəb olmuşdu. Lakin insanların ürəyində bir xal qalmışdı. Görəsən Xankəndi, Xocalı, Xocavənd, Ağdərənin aqibəti necə olacaq. Çox keçmədi ki, azı bir günün içərisində Sizin rəhbərliyinizlə düşmən darmadağın edildi. Qələbə çalmaqla, üçrəngli Bayrağımızı azad edilən torpaqlarda qaldırılmasına nail oldunuz. Əvvəlcədən dediyiniz kimi: Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
Sevincimizin həddi-hüdudu yoxdur. Düşmən üzərində Sizin rəhbərliyinizlə tam Qələbə çalmağımız münasibətilə Sizə və ailənizə ən şirin nemət olan can sağlığı, uzun ömür diləyirik. Arzu edirik ki, ömürlük Azərbaycanın Prezidenti olasınız.
Bilirdim bir zaman gələcək bu gün,
Qarakor bəxtimiz açılacaqdır.
İllərcə qəlbləri incidən bütün,
Dərdimiz əbədi məhv olacaqdır.
Qarabağ torpağı qayıdacaqdır!
Hörmətlə,
Elxan Babayev (Ərəblinski).
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.