Fərqanə Cəbrayılovadan, Salyan, Azərbaycan


27 oktyabr 2023, 11:00
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Siz 20 il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda qarşıya əsas vəzifə qoymuşdunuz ki, torpaqlarımız işğaldan azad edilsin və Azərbaycanın Dövlət Bayrağı respublikamızın bütün ərazisində, şəhər və kəndlərdə qaldırılsın. Siz uzaqgörən siyasətiniz, yorulmaz səyləriniz, möhkəm iradənizlə hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdiniz. Nəhayət, xalqımız həmin xoşbəxtliyi yaşadı, Qarabağ düşmən tapdağından azad edildi. Hazırda üçrəngli Bayrağımız ölkəmizin hər bir yerində, o cümlədən Qarabağın bütün ərazilərində dalğalanır. Bu sevinci və qüruru bizə Siz bəxş etdiniz, əziz Prezident! Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Qədirbilən xalqımız Sizin böyük xidmətlərinizi, fədakarlığınızı hər zaman yüksək qiymətləndirəcək.
Yaşasın Azərbaycan!
Yaşasın Prezidentimiz!
Hörmətlə,
Cəbrayılova Fərqanə Həbib qızı.
Azərbaycan Respublikası, Salyan rayonu.