logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aygün Abdullayevadan, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

26 oktyabr 2023, 15:05

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan xalqı neçə illər idi ki, belə xəbərləri həsrətlə gözləyirdi. Sizin sayənizdə bu arzumuza, muradımıza da çatdıq.

Cənab Prezident, Böyük Sərkərdə bizi dünyada qalib xalq kimi tanıtdırdığınıza görə Sizə minnətdarıq. Xalq da Sizin ətrafınızda birləşərək Xankəndiyə doğru yol aldı.

Xankəndi şəhərində bayrağımızın ucalması, həmçinin prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram.

Allah Sizi və Azərbaycan xalqını həmişə sevindirsin və qürurlu etsin.

Hörmətlə,

Abdullayeva Aygün Təmidər qızı.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Yuxarı Tala kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi