Ülvi Fərzəliyevdən, Neftçala, Azərbaycan


25 oktyabr 2023, 16:00
Möhtərəm Prezident,
Sizi ilk dəfə Prezident seçilməyinizin 20 illiyi münasibətilə ən xoş və ülvi arzularla təbrik edirik.
Sizin rəhbərliyiniz altında ötən 20 ilin hər günü tariximizə yeni- yeni nailiyyətlərlə həkk olunub. Heç şübhəsiz ki, qazanılan uğurların ən böyüyü və məntiqi yekunu məhz Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsində bizi həsrətində olduğumuz torpaqlarımıza qovuşdurmağınızdır. Azərbaycan tarixinin ən güclü, bütöv və suveren dövrünü Sizin çoxşaxəli və yorulmaz fəaliyyətinizə borcludur.
Bütün Azərbaycan xalqı Sizə minnətdardır. Bu gün həm də Sizin rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası özünün ən yüksək inkişaf səviyyəsinə çatıb.
Hörmətli Prezidentimiz, Sizi YAP Neftçala Rayon Təşkilatı adından bir daha təbrik edir, Sizə can sağlığı, tükənməz enerji, dövlətimizin inkişafı, xalqımızın rifahı uğrunda əzmkar fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Fərzəliyev Ülvi.
Azərbaycan Respublikası, Neftçala şəhəri.