Zaqatala ziyalıları adından, Zaqatala, Azərbaycan


25 oktyabr 2023, 14:35
Möhtərəm cənab Prezident.
Biz çox xoşbəxtik ona görə ki, bizim bütün arzularımızı həyata keçirən Prezidentimiz var. Sizi Prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə Zaqatala ziyalıları adından ürəkdən təbrik edirik. Arzu edirik ki, bu xalq üçün, bu torpaq üçün canınız sağlam, ömrünüz uzun olsun. Qoy Vətən torpağına möhkəm basan addımınız, düşmənin gözünə sərt baxan baxışınız heç vaxt tükənməsin, cənab Prezident!
Siz xalqımızın illərdən bəri yarım qalmış arzularını cəmi 44 gün ərzində gerçəyə, reallığa çevirərək ata vəsiyyətini yerinə yetirdiniz.
Var olun, cənab Prezident! Siz var olun ki, torpaqlarımızı bütövləşdirən, Sizin rəhbərliyinizlə dünya tarixində görünməmiş Zəfər salnaməsinə öz möhtəşəm möhürünü vuran qəhrəman şəhidlərimizin ruhu dinclik tapsın.
Cənab Prezident, Sizin ölkəmizin hər qarışında gördüyünüz işlər və layihələr Zaqataladan da yan keçmir. Sizin sayənizdə Zaqatala günü-gündən gözəlləşir. Bu gün nəinki doğma Zaqatalamız, Azərbaycanımızın hər qarışı öz gözəlliyi ilə hər kəsi valeh edir. Sizə dərin minnətdarlığımızı bildiririk.
Tariximizin zirvəsində ən yüksək ucalıqları fəth edən cənab Prezidentimiz, həmişə var olun! Qoy Sizin atdığınız hər bir addım gələcəyə yeni cığırlar açsın, xalqımızı ucalıqlarda yaşatsın!
Ulu Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Şabanova Xuraman,
Azərbaycan Respublikası, Zaqatala rayonu, Kəpəkçi kəndi.