Günəş Əsgərovadan, Zaqatala, Azərbaycan
Text size


25 oktyabr 2023, 14:10
Hörmətli cənab Prezident!
Siz həyatınızı Vətənə sədaqətlə, cəsarətlə, mərdliklə xidmət etməyə həsr edən, bizə uzun illər həsrətində olduğumuz Zəfər sevincini yaşadan Vətən müharibəsinin əsl Qəhrəmanısınız.
Cənab Prezident, Sizi prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə təbrik edirəm. Siz Ulu Öndərimizin Sizə əmanət qoyduğu Azərbaycanımızın əmin əllərdə olduğu gerçəyini sübut etdiniz, ərazi bütövlüyümüzü bərpa edərək bizə Zəfər coşğusu yaşatdınız.
Azərbaycan xalqı Sizin kimi qətiyyətli, əzmkar Sərkərdə ilə fəxr edir.
Hörmətlə,
Əsgərova Günəş Mövləddin qızı
Azərbaycan Respublikası, Zaqatala rayonu, Kebeloba kəndi.