logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vaqif Behbudovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2023, 18:03

Cənab Prezident.

Mən əslən Xocalı şəhərindənəm. Atam orada anadan olmuşdu. Mən Bakı şəhərində doğulsam da, ürəyim o yerlər üçün döyünür.

Atam Xocalının ilk şəhid polis əməkdaşlarından biri olub. Nənəm və bibilərim, eləcə də digər yaxınlarım Xocalı faciəsinin qurbanlarıdır.

Cənab Prezident, Sizin Xocalı və Xankəndi şəhərlərinə, anamın ata yurdu Şuşa rayonunun Malıbəyli kəndinə səfərləriniz məni sevindirdi. Buna görə Sizə minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Behbudov Vaqif.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi