logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Osman Xəlilovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2023, 16:00

Hörmətli cənab Prezident.

Siz 20 il ərzində misli görünməyən, heç bir ölçüyə sığmayan işlər görmüsünüz. Siz xalqımızın sağalmaz yarası olan Qarabağımızı işğaldan azad etmişiniz, bu məsələnin birdəfəlik həllinə nail olmuşunuz, Azərbaycanın suverenliyini tam bərpa etmisiniz.

Siz xalqımıza hər zaman xoş müjdələr vermisiniz. Bu Qələbədə payı olanlar dünyanın ən xoşbəxt insanlarıdır. Siz isə bu Qələbənin memarı olaraq xalqımızı xoşbəxt etdiniz.

Tanrı Sizə xalqımızı yeni qələbələrlə sevindirməyi nəsib etsin!

Azərbaycan Ordusuna, Azərbaycan xalqına yalnız Qələbə yaraşır!

Sizi prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Seyidli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi