logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Teymur Mehdiyevdən, Ucar, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2023, 14:52

Hörmətli cənab Prezident.

Sizin apardığınız müdrik siyasət və mahir sərkərdəlik məharətiniz sayəsində aprel döyüşlərini, 44 günlük Vətən müharibəsini və lokal xarakterli antiterror tədbirlərini uğurla sonlandıraraq şanlı Qələbəmizi qazandıq. İgid oğullarımızın şücaəti qarşısında aciz qalan separatçı ünsürlər darmadağın edilərək “ağ bayraq” qaldırmaq məcburiyyətində qaldılar. Bu Böyük Zəfər münasibətilə Sizi, ailənizi və bütün Azərbaycan xalqını ailəm adından səmimi-qəlbdən təbrik edir, uzun ömür və cansağlığı arzulayıram.

Cənab Prezident, Uca Tanrı Sizi və Mehriban xanımı xalqımızın başının üstündən əskik etməsin. Allah ordumuza qüvvət, qazilərimizə şəfa, şəhidlərimizə rəhmət etsin!

Hörmətlə,

Mehdiyev Teymur

Azərbaycan Respublikası, Ucar rayonu, Qazyan kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi