Yavər Orucov və başqalarından, Salyan, Azərbaycan


25 oktyabr 2023, 10:22
Hörmətli cənab Prezident,
Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq və dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu Öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, Siz də bu gün Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz dünyada müharibələrin getdiyi bir zamanda sabitlik adasına çevrilmişdir.
Möhtərəm cənab Prezident, Siz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün və o cümlədən rayonumuz üçün gördüyünüz bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinizə görə Salyan rayonu Qarabağlı kənd ağsaqqalları və sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.
Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, möhkəmlənən mövqeyi, siyasi və iqtisadi müstəqilliyimiz, şanlı hərbi və diplomatik Qələbəmiz Sizin mükəmməl siyasi kursunuzun nəticəsidir. Bunun sayəsində Azərbaycan bu gün Cənubi Qafqaz regionunun Lider dövlətidir, eyni zamanda, etibarlı tərəfdaş olmaqla beynəlxalq layihələrin reallaşmasına mühüm töhfələr verir.
Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan 2020-ci ildə 44 gün ərzində hərbi dərsliklərə düşəcək tarixi Qələbə qazandı. Müzəffər Ordumuz 2023-cü il sentyabrın 19-da bir gündən də az vaxtda keçirdiyi lokal antiterror tədbirlərində daha bir tarixi Zəfərə imza atdı. Erməni separatçıları və qanunsuz silahlı birləşmələri zəif olduqlarını bir daha anlayaraq ağ bayraq qaldırdı və təslim oldu. İndi üçrəngli Bayrağımız Xocavənddə, Xocalıda, Ağdərədə, Xankəndidə dalğalanır. Qondarma xunta rejiminin birdəfəlik ləğvi, əlləri xalqımızın qanına bulaşmış Xocalı, Gəncə qatillərinin həbsi ilə yekunlaşdı. İnanırıq ki, dövlətimizi parçalamaq siyasəti güdənlər qanun qarşısında layiqli cəzalarını alacaqlar.
Təbii ki, antiterror tədbirlərində Qələbə Sizin uzaqgörən siyasətiniz nəticəsində qazanıldı. Çünki Siz Ulu Öndər Heydər Əliyevin məktəbini keçmişiniz. Ona görə də xalqımız bu qələbəyə əmin idi.
Möhtərəm cənab Prezident, Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə Qarabağlı kənd ağsaqqalları, kənd ziyalıları və kənd sakinləri adından təbrik edirik. Siz Azərbaycanımızın əvəzolunmaz rəhbərisiniz. Xalqımız hər zaman Sizinlə fəxr edir, qürur duyur.
Allah Sizi başımızın üzərindən əskik etməsin. Amin!.
Yaşasın cənab Prezident!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Orucov Yavər
Həsənov Teyyub
Orucov Xidmət
Səlimova Çiçək və başqaları (100 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu.