Elsevər Məcidovdan, Masallı, Azərbaycan
Text size


24 oktyabr 2023, 11:00
Salam cənab Prezident.
Xankəndidə olan çıxışınızı böyük sevinc hissi ilə seyr etdim. Sizin sözləriniz qəlbi Azərbaycanla döyünən insanların ürəyinə məlhəm, düşmənlərimizin ürəyinə saplanan oxdur. Özü də çox sərrast atılan qisas oxu...
Bizə belə böyük Zəfəri yaşatdığınız üçün Sizə minnətdaram.
Allah şəhidlərimizə rəhmət eləsin.
Azərbaycan xalqı ömür boyu Sizə, Vətənimiz üçün fədakarlıq, igidlik göstərən şəhidlərimizə, qazilərimizə qəlbən minnətdarlıq hissi duyacaqdır.
Könülləri fəth edən Müzəffər Ali Baş Komandan, könlünüz daim xoş olsun!
Hörmətlə,
Məcidov Elsevər
Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.