logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Allahverdi Piriyev və Gülşən Piriyevadan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

24 oktyabr 2023, 10:20

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Siz Azərbaycana rəhbərlik etdiyiniz 20 il ərzində həmişə dövlətin və xalqın milli maraqlarını ən yüksək səviyyədə qorumusunuz. Düşünülmüş siyasətinizlə Azərbaycan dövlətini inkişaf etdirmiş, beynəlxalq aləmdə nüfuzunu artırmış, xalqın rifahı naminə yorulmaz səylər göstərmisiniz. Siz həqiqətən də hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut etmisiniz.

Cənab Prezident, Siz bizim uzaqgörən Liderimiz, cəsur Sərkərdəmizsiniz. Qarabağ probleminə birdəfəlik son qoymaqla ölkəmizin suverenliyini tam təmin etdiniz.

Bu xoşbəxtliyi bizə yaşatdığınız çün Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminik. Sizə bu şərəfli yolda müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Allahverdi Piriyev, Əməkdar müəllim,

Gülşən Piriyeva, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Salyan rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi